Britaniyada atı "mer" seçdilər

3 Avqust 2022 03:22

Britaniyanın Kokinqton kəndinin meri pabda yaşayan və "Ginnes" pivəsinə aludə olan Patrik adlı poni olub.

Milli.Az bildirir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Əvvəlcə poni sahibi Kirk Petrakis ponidən müalicə heyvanı kimi istifadə etmək ümidi ilə onu paba gətirirdi. Bundan əlavə, Patrik psixi sağlamlıq bərpa qruplarına, xəstəxanalara və xüsusi məktəblərə qatılıb. Poni yavaş-yavaş yerli məşhura çevrilib. Pabda onun üçün ayrıca guşə ayrılıb. İndi ponini tez-tez içki içərkən görmək olar.

Patrikin siyasi karyerası yüzlərlə Kokinqton sakininin imzaladığı petisiyadan sonra başlayıb. Keçmiş mer Don Millsin vəfat etdiyi 2019-cu ildən boş qalan kənd rəhbəri vəzifəsini ona verməyi təklif ediblər.

Nəticədə ev heyvanı Petrakis Kokinqtonun qeyri-rəsmi meri və Böyük Britaniyada ilk poni meri kimi tanınıb. Sahibləri onun üçün xüsusi ofis tikiblər.

İrfan Vəliyev
Milli.Az