"Bu şəxslərə ödənişlər aldığı ən yüksək əlillik dərəcəsi üzrə veriləcək"

2 Avqust 2022 13:08

I Qarabağ müharibəsi dövründə xəsarət alan şəxsə vaxtilə bir neçə əlillik qrupu təyin edilmiş və ya sonradan əlillik qrupu dəyişdirilmiş şəxslərə ödənişin hansı məbləğdə veriləcəyi açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransında deyib.

O bildirib ki, həmin şəxsə ödənişlər aldığı ən yüksək əlillik dərəcəsi üzrə veriləcək.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsinə başlanıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanının 4.1-ci bəndinin icrası məqsədilə Nazirlər Kabinetinin 02 avqust 2022-ci il tarixli 271 №li Qərarı imzalanıb.

Milli.Az