Ataları döydü, onlar baltaladı - Qardaşlar əmilərini niyə öldürdü? - VİDEO

2 Avqust 2022 13:24

Masallıda mülk üstündə düşən mübahisə ölümlə nəticələnib. İki qardaşın öz əmilərini öldürdüyü bildirilir. Sən demə onların arasındakı mülk davası 20 ilə yaxındır davam edirmiş.

Masallıda mülk üstündə düşən mübahisə ölümlə nəticələnib.

Hadisə rayonun Təzə Alvadı kəndində baş verib. Qohumlarının bildirdiyinə görə, baba  mülkünün bölünməsi qohumlar arasında münaqişəyə səbəb olub. 61 yaşlı İbadulla Səfərov qardaşının ailəsinin də yaşadığı iki mərtəbəli evin ona məxsus olan üçdə bir hissəsini söküb. Elə mübahisə də bundan sonra yaranıb.

Qohumlar tərəflər arasında narazılığın illərdir davam etdiyi bildirilib. Qətli törətməkdə şübhəli bilinən qardaşların ataları da  hazırda həbsdədir. Buna səbəb onun da öz doğma qardaşı İbdulla Səfərovla dava etməsi olub.

Hadisə  barədə Masallı Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, ki, aparılan ilkin araşdırmalarla 1999-cu il təvəllüdlü Ariz Səfərov və qardaşı 2004-cü il təvəllüdlü Fəqan Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı taxta parçası və balta ilə əmiləri İbdulla Səfərova xəsarətlər yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanıb. Ariz və Fəqan Səfərovlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

Milli.Az