Bakıda 14 yaşlı qız itkin düşüb

2 Avqust 2022 09:24

Bakıda yeniyetmə qız itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə iyulun 30-da Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, paytaxt sakini, 2008-ci il təvəllüdlü Məmmədova Eltac Tural qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Təhqiqat bölməsində araşdırma aparılır.

Milli.Az