Borcunu ödəmək üçün evini satdı - FOTO

2 Avqust 2022 11:24

Aktrisa Ember Hörd keçmiş həyat yoldaşı Conni Deppə borcunu ödəmək üçün evini satıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa Kaliforniyada yerləşən evini 1.05 milyon dollar qarşılığında yeni sahibinə təqdim edib.

Qeyd edək ki, iyunun 2-də münsiflər heyətinin qərarı ilə Ember Conniyə qarşı böhtan atmaqda təqsirli bilinib və ondan keçmiş həyat yoldaşına 15 milyon dollar təzminat ödəməsi tələb olunub.

Milli.Az