Tətildən qayıdan turistin çamadanından 18 əqrəb çıxdı - FOTO

2 Avqust 2022 18:52

Avstriya sakini Xorvatiyadakı tətildən evə qayıdıb və çamadanında 18 əqrəb tapıb. Bir dişi və 17 balası Vəhşi Heyvanların İzolyasiya Mərkəzinə təhvil verilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əqrəblərin oradan vətənləri Xorvatiyaya göndəriləcəyi bildirilib.

Qeyd edək ki, Adriatik dənizinin sahillərində bir neçə növ əqrəb yaşayır və onların zəhəri insanlar üçün təhlükəli deyil.

Milli.Az