27 yaşlı oğlan özünü xəstəxanalıq etdi

2 Avqust 2022 08:37

Qazaxda 27 yaşlı gənc bədən xəsarətləri alıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, rayonun Çaylı kənd sakini, 1995-ci il təvəllüdlü Təvəkkül Musayev qarın nahiyəsinin yuxarı və aşağı ətraf hissələrinin kəsilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, gənc oğlan özü özünə kəsici və deşici alətlə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az