Göldə boğulan Mehdi üzə bilmirmiş

2 Avqust 2022 08:17

Xəbər verdiyimiz kimi, Şəkidə yeniyetmə göldə çimərkən boğularaq ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, Mehdi "Keşiş Gölü" kimi tanınan gölə qonaq getdiyi bibisinin uşaqları ilə yollanıb. Yeniyetmə üzə bilmədiyi üçün suda boğulub.

Qeyd edək ki, hadisə Aydınbulaq kəndində qeydə alınıb.

Milli.Az