Ukrayna bu ərazini Rusiyaya verməli idi! - Tramp

2 Avqust 2022 08:54

Ukrayna müharibənin qarşısını almaq üçün Rusiya Prezidenti Vladimir Putinlə razılaşma əldə etməli idi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ-ın sabiq prezidenti Donald Tramp deyib.

O bildirib ki, Ukrayna Krımı Rusiyaya verə və NATO-ya üzvlük kursundan imtina edə bilərdi:

"Krımdan və NATO-dan imtina edə bilərdiniz, onda sizin ölkəniz olardı. Hesab edirəm ki, Putin razılaşma əldə etmək istəyərdi".

Milli.Az