Bakıda avtomobillə vurulan kişi ağır xəsarət alıb

2 Avqust 2022 08:20

Bakıda 51 yaşlı kişini avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Dünyamalıyev Telman Tapdıq oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az