Bakıda 63 yaşlı kişini avtomobil vurub

2 Avqust 2022 08:10

Bakıda 63 yaşlı kişini avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü İsmayılov Fazil İsmayıl oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Milli.Az