Çin ABŞ-a xəbərdarlıq edib

2 Avqust 2022 09:00

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bu gün Tayvana səfər edəcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, o, Tayvan rəhbərliyi ilə görüşəcək.

Bu hadisədən sonra bölgədə gərginliyin kəskin artması müşahidə olunur.

Rəsmi Pekin bildirib ki, Pelosinin adaya səfəri ABŞ-ın Çinin daxili işlərinə qarışması kimi qiymətləndiriləcək.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Zhao Lijian bildirib ki, hərbçilər bu hadisəyə qarşı sakit durmayacaq.

"Bu, Çin və ABŞ münasibətlərinə zərbə vuracaq. Bu hadisə çox ciddi hadisələrə və nəticələrə gətirib çıxaracaq. Hərbçilərimiz bu hadisəyə qarşı əlini-qollunu sallayıb oturmayacaq",- deyə Zhao Lijian bildirib.

Milli.Az