Səudiyyə Ərəbistanı rekord həcmdə neft ixrac edib

2 Avqust 2022 07:55

Səudiyyə Ərəbistanından neft ixracı iyul ayında gündə 7,5 milyon barelə çatıb ki, bu da 2020-ci ilin aprelindən bəri ən yüksək göstəricidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, iyunda krallıq gündə 6,6 milyon barel ixrac edib. Belə ki, Səudiyyə Ərəbistanının ixrac tədarükü 13,6% artıb.

Səudiyyə Ərəbistanından Çinə neft tədarükü iyulda orta hesabla 1,65 milyon barelə artıb. Hindistana tədarüklər 2020-ci ilin aprelindən bəri ilk dəfə olaraq gündə 1 milyon bareldən çox olub.

Eyni zamanda, ilkin məlumatlara görə, ABŞ-a ixrac iyun ayı ilə müqayisədə 11% azalaraq gündə 371 min barel, Yaponiyaya 18% azalaraq 903 min barel təşkil edib.

Milli.Az