"Əl-Qaidə"nin rəhbəri məhv edildi

2 Avqust 2022 07:25

Əfqanıstanda antiterror əməliyyatı nəticəsində ABŞ "Əl-Qaidə"nin liderlərindən biri Ayman Əl-Zəvahirini məhv edib.

Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra Əl-Qaidəyə rəhbərlik edib.

Əməliyyat zamanı mülki əhali arasında ölən olmayıb.

Ağ Evin mətbuat xidmətinin məlumatına görə, prezident Co Bayden antiterror əməliyyatı ilə bağlı müraciət etmək niyyətindədir.

71 yaşlı Əl-Zəvahiri Usamə bin Ladenin məhv edilməsindən sonra terror təşkilatına rəhbərlik edirdi.

Milli.Az