Təzyiq ölçərkən bunu qətiyyən etməyin - Ən ciddi SƏHV

14 Avqust 2022 23:45

"Tonometrlə təzyiqi ölçərkən ən kobud səhv manjetin sıx bərkidilməsidir".

Bunu teleaparıcı və həkim Aleksandr Myasnikov "Rossiya 1"in efirində deyib.

"Manjeti həddindən artıq sıxsanız, təzyiqinizin göstəricisi real olandan daha çox olacaq", - deyə aparıcı vurğulayıb.

Myasnikov, təzyiqi ölçmək üçün ən dəqiq cihazın civəli tonometr olduğunu da qeyd edib:

"Saatlar, qolbaqlar və oxşar funksiyaya malik digər aparatlar dəqiqlik baxımından civəli tonometrdən xeyli aşağıdır. Avadanlıq nə qədər rahat olsa, bir o qədər qeyri-dəqiq olur".

Milli.Az