ABŞ Ukraynaya 550 milyon dollar dəyərində hərbi yardım paketi ayıracaq

1 Avqust 2022 23:50

ABŞ Ukraynaya 550 milyon dollarlıq yeni hərbi yardım paketi ayıracaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Strateji kommunikasiyalar üzrə əlaqələndirici Con Kirbinin sözlərinə görə, növbəti hərbi yardım paketinə HIMARS reaktiv yaylım atəş sistemləri və 155 millimetrlik artilleriya qurğuları üçün sursatlar daxildir.

Milli.Az