Hər kəsin mətbəxində var: İnsanı ölümə aparır

13 Avqust 2025 19:00

Çaydanda yığılıb qalan ərp insan həyatı üçün çox təhlükəlidir.

Milli.Az xəbər verir ki, bunu rusiyalı uroloq-androloq Vladimir Stepanov bildirib. O, ərp bağlayan çaydandan içilən suyun insanın sağlamlığına təsirindən danışıb:

"Çaydanda ərpin yığılması çox pisdir. O, əvvəlcə su ilə mədəyə daxil olur. Bu, bədəndə kalsium duzlarının miqdarının artmasına kömək edir. Bundan əlavə, qanda kalsiumun səviyyəsi yüksəlir, bu da böyrəklərdə daş əmələ gəlməsi prosesinə səbəb olur ".

Həkimin sözlərinə görə, ərp insanın mədə-bağırsaq traktının orqanlarına da mənfi təsir göstərir.

Milli.Az