Başı avtobusun qapıları arasında qaldı, öldü

1 Avqust 2022 17:22

Moskvanın cənub-qərbində şəxsi avtobus sürücüsünün meyiti tapılıb.

Milli.Az bildirir ki, bu barədə Moskva Nəqliyyat Departamenti öz Telegram kanalında məlumat yayıb.

Deptrans-ın məlumatına görə, kişi meyiti iyulun 31-də tapılıb, o, marşrutun son dayanacağında şəxsi avtobusun salonunda olub.

Eyni zamanda, Telegram kanalı "MK: Təcili xəbərlər" sürücünün başının avtobusun avtomatik qapıları ilə sıxışdırıldığını aydınlaşdırıb və bu versiyanı təsdiqləyən fotonu dərc edib.

Deptrans qeyd edib ki, hadisə ilə bağlı araşdırma başlayıb. "Ölümün səbəbləri hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilir", - idarədən bildirilib.

İrfan Vəliyev
Milli.Az