Kaliforniya Universitetinin doktorantı Heydər Əliyev mükafatı alıb - FOTO

11 May 2010 11:12
Milli.Az xəbər portalına Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan verilən məlumata görə, mükafat doktoranta mayın 10-da Baş konsulluqda təqdim edilib. O, bu mükafata 19-20-ci əsrlərdə Avrasiyada ədəbiyyatla milli özünüdərk arasında qarşılıqlı əlaqə sahəsində tədqiqatlarına görə layiq görülüb. Tədqiqatın bir hissəsi Azərbaycan dili və ədəbiyyat kursu çərçivəsində aparılır. Bu fənni universitetdə professor Altay Göyüşov tədris edir.

Qeyd edək ki, amerikalı tələbələr üçün Heydər Əliyev mükafatını 2008-ci ildə Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu təsis edib. O, Azərbaycan və Avrasiya regionu ilə bağlı tədqiqatlarla fərqlənən şəxslərə verilir.

Milli.Az

--------------------------------------------------------------------------------