Bu ərazilərdə su olmayacaq

1 Avqust 2022 10:32

Bakının Əmircan və Köhnə Suraxanı qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən verilən məlumata görə, Bakı şəhəri Suraxanı rayonu Atamoğlan Rzayev küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 01 avqust 2022-ci il tarixində gün ərzində Əmircan və Köhnə Suraxanı qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Milli.Az