Bakıda 16 yaşlı oğlan itkin düşüb

1 Avqust 2022 10:42

Bakıda 16 yaşlı gənc itkin düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə iyulun 28-i saat 20:00 radələrində Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, rayon sakini, 2006-cı il təvəllüdlü Həsənov Səbuhi Habil oğlu yaşadığı mənzildən çıxaraq bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırma aparılır.

Milli.Az