“Hörümçək adam” komikslərinin müəllifi vəfat etdi

1 Avqust 2022 09:07

"Marvel" komikslərinin prodüseri və yazıçısı Ron Zimmerman 64 yaşında vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, ölümün səbəbi xərçəng olub.

R.Zimmerman Hörümçək adamın macəralarından bəhs edən bir sıra komikslərin müəllifi kimi tanınır.

Bundan əlavə, o, "Justice League: Unlimited" və "The Simpsons" kimi film layihələrinin ssenarilərini yazıb.

Milli.Az