Ukrayna HDQ həftəlik fəaliyyəti barədə məlumat yayıb

1 Avqust 2022 07:07

Ukrayna Hərbi Dəniz Qüvvələri həftəlik fəaliyyəti barədə məlumat yayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, həftəlik icmal HDQ-nin sosial şəbəkə hesablarında yayılıb.

Bildirilib ki, həftə ərzində 8 ədəd piyadaların döyüş maşını, 8 ədəd özüyeriyən artilleriya qurğusu, 1 ədəd HHM sistemi, 29 ədəd avtomobil texnikası, 4 silah anbarı məhv edilib, 150 hərbi qulluqçu zərərsizləşdirilib.

Milli.Az