Roza Zərgərlinin verilişi bağlandı

31 İyul 2022 21:49

Müğənni Roza Zərgərlinin ARB TV-də yayımlanan "Tam vaxtıdır" proqramı bağlanıb.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, sənətçi yeni mövsümdən verilişinin davam etməyəcəyini bildirib. Bu haqda Roza "Bağ havası" verilişində danışıb.

Sənətçi əlavə edib ki, yeni televiziya mövsümündə aparıcılıq etməyi düşünmür.

Milli.Az