Şəkidə 17 yaşlı yeniyetmə göldə batıb

31 İyul 2022 21:46

Şəkidə yeniyetmə göldə boğularaq ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Aydınbulaq kəndində baş verib.

Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Mehdi Mehman oğlu Əzizov Aydınbulaq kəndində "Keşiş gölü" kimi tanınan göldə bibisi oğulları ilə çimərkən boğularaq ölüb.

Onun meyiti göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az