Azyaşlı bacılar itkin düşdülər

31 İyul 2022 19:56

Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Qardabani bölgəsində 2 azyaşlı qız itkin düşüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə gündür itkin düşmüş azyaşlı bacıları axtarır.

Məlumata görə, onlar evi tərk ediblər, lakin bir daha geri qayıtmayıblar.

İtkin düşən uşaqlar barədə hələlik başqa məlumat yoxdur.

Milli.Az