Ötən gecə Bakıda yaşayış binasının həyətindən oğurluq edilib.
Milli.Az bildirir ki, Masazır qəsəbəsi Gənclər şəhərciyindəki binalardan birinin qarşısından Cavid Fətəliyevə məxsus 99B637 dövlət qeydiyyat nişanlı, ağ-göy rəngli motosiklet oğurlanıb.
Bu barədə saytımıza özü məlumat verib. O bildirib ki, polis də məsələdən xəbərdardır, motosikletin tapılması barədə iş aparılır.
Motosikleti görən şəxslərdən polisə məlumat vermələri xahiş olunur.
Milli.Az sözügedən motosikletin fotolarını təqdim edir:
Milli.Az