"Kapital Bank" bankomatlarının şəbəkəsini genişləndirir
11 May 2010 11:16
Bank hökumətin sosial layihələrində aktiv iştirak edir. Pensiyaların, müavinətlərin, məvaciblərin, fermerlərə subsidiyaların və digər sosial ödənişlərin verilməsi üzrə hökumətin agent bankı olan "Kapital Bank" bankomatların şəbəkəsini genişləndirərək onların sayını 396 vahidə çatdırıb. Bank əlavə olaraq 65 ədəd yeni Pro Cash 2050 XE USB modelli Wincor Nixdorf bankomatları alıb.
Xatırladaq ki, "Kapital Bank"ın plastik kart sahiblərinin sayı 2 milyon nəfəri keçərək sayına görə respublikada lider bankdır. Ernst&Young bankın rəsmi auditorudur. Bankın səhmdarı "Pasha Holding"dir.
Milli.Az