Xaçmazda azyaşlını cərəyan vurub öldürüb

30 İyul 2022 22:32

Xaçmaz şəhərində bədbəxt hadisə baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə şəhərin M.Ə.Sabir küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 2007-ci il təvəllüdlü Xəlilov Seyidəli Elnur oğlunu həmin ərazidə pivə soyuducusundan elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az