ABŞ-da sel nəticəsində 25 nəfər ölüb - FOTO

30 İyul 2022 22:29

ABŞ-ın Kentukki ştatında daşqın nəticəsində ölənlərin sayı 25-ə çatıb.

Ştatın altı rayonunda fövqəladə vəziyyət elan edilib..

Milli.Az APA-ya istinadən xəbər verir ki, bir çox ev su altında qalıb.

Ştat qubernatoru bəzi vətəndaşların evlərin damında köməksiz vəziyyətdə gözlədiyini söyləyib.

Axtarış-xilasetmə əməliyyatlarına dəstək olmaq üçün Milli Qvardiyanın şəxsi heyəti səfərbər edilib.

Milli.Az