Bakıda minik avtomobili yanıb

30 İyul 2022 21:06

Bakıda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, paytaxtın Xəzər rayonunda "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az