Bakı-Sumqayıt yolunda zəncirvari QƏZA

30 İyul 2022 20:37

Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Masazır dairəsindən Sumqayıt şəhəri istiqamətində gedən yolda qeydə alınıb.

"Toyota Prius", "Mercedes" və "Opel Astra" markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alan olmasa da, avtomobillərin ikisi yararsız vəziyyətə düşüb.

Qəza səbəbindən yolda sıxlıq müşahidə olunur.

Milli.Az