Bağdadda etiraz aksiyaları zamanı 125 nəfər xəsarət alıb

30 İyul 2022 19:42

İraqın paytaxtı Bağdad şəhərində etiraz aksiyaları zamanı azı bir nəfər ölüb, 125 nəfər xəsarət alıb.

Milli.Az "Report"a istinadən bildirir ki, yaralananlar arasında 25 İraq əsgəri də var.

Təhlükəsizlik qüvvələri Bağdadda xarici diplomatik nümayəndəliklərin yerləşdiyi "yaşıl zona"nın ətrafına çəkilmiş beton hasara hücum edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Bundan əlavə, bir neçə etirazçı rezin güllələrdən yaralanıb.

Milli.Az