İspaniyada meymunçiçəyindən ikinci adam öldü

30 İyul 2022 18:50

İspaniyanın Səhiyyə Nazirliyi indiyədək ölkədə meymunçiçəyinə yoluxmuş şəxslər arasında 2 ölüm faktının qeydə alındığını açıqlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, ilk ölüm barədə dünən məlumat açıqlanmışdı.

Bu, Avropada meymunçiçəyi səbəbindən ilk ölüm halıdır. Daha əvvəl Afrikada 5, Braziliyada 1 ölüm hadisəsi barədə məlumat yayılmışdı.

İyulun 29-na olan məlumata görə, krallıqda xəstəliyə 4 298 təsdiq olunmuş yoluxma qeydə alınıb və 120 nəfər  xəstəxanalara yerləşdirilib.

Milli.Az