Litva ilə beynəlxalq avtomobil daşımaları haqqında Saziş təsdiqləndi

30 İyul 2022 16:58

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında" Sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, saziş 2022-ci il mayın 18-də Bakı şəhərində imzalanıb.

Milli.Az