Azərbaycanlı aktyora bacısının qaraciyəri köçürüləcək

30 İyul 2022 14:58

Qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev üçün donor tapılıb.

Bu haqda axşam.az-a onun həyat yoldaşı Elvina Atakişiyeva məlumat verib. O bildirib ki, Türkiyədə müalicə olunan Elvin Bakıya qayıdıb:

"Elvinə bacısı donor olacaq. Gülnazın qaraciyərinin bir hissəsi qardaşına köçürüləcək. Əməliyyat gələn həftə Bakıda keçiriləcək". 

Qeyd edək ki, bir müddət əvvəl "Səni axtarıram" proqramında Elvin Ağayevin əməliyyatı üçün 90 min manat yığılıb. Aktyora qaraciyər köçürüləcək.

Milli.Az