Türkiyə Azərbaycana daha 13 "MEMATT" verdi - VİDEO - FOTO

30 İyul 2022 14:02

Türkiyə Azərbaycana daha 13 mina təmizləyən maşın verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində bildirilib.

"MSB_ASFAT tərəfindən yerli və milli imkanlarla istehsal edilən daha 13 ədəd Mexaniki Mina Təmizləmə Maşını (MEMATT) Azərbaycan Müdafiə Nazirliyinə təslim edildi. Bugünə qədər Azərbaycana ixrac edilən MEMATT sayı 20-yə çatdı", - deyə məlumatda bildirilir.

Milli.Az