Tehran metrosunda qəza - xəsarət alanlar var

30 İyul 2022 10:46

Tehran metrosunda eskalatorda qəza baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, eskalatorda baş verən qəza nəticəsində 7 nəfər xəsarət alıb. Tehranın "Dövlət" metro stansiyasında eskalatorun anidən yön dəyişdirməsi sərnişinlərin yıxılmasına səbəb olub. Hadisədə xəsarət alanlar Tehran şəhər xəstəxanasına yerləşdirilib.

Milli.Az