Xatirə bağını neçəyə satır?

30 İyul 2022 13:14

Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam bağ evini satışa çıxarıb. 

Milli.Az bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, sənətçi dördmərtəbəli ev üçün 530 min qiymət qoyub. 20 sot torpaq sahəsi olan baş Novxanıda yerləşir.

Qeyd edək ki, Xatirə sözügedən evinə bir neçə il əvvəl köçmüşdü.

Milli.Az