Muğam müsabiqəsinin finalı Şuşada keçiriləcək

30 İyul 2022 10:22

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin finalı avqustun 5-də Şuşada olacaq.

Milli.Az xəbər verir ki, avqustun 6-da isə Cıdır düzündə Müğam Televiziya Müsabiqəsinin qala konserti keçiriləcək. Konsertdə indiyə kimi keçirilən 8 muğam televiziya müsabiqəsi qaliblərinin ifaları səslənəcək. Çıxışlar illər üzrə duet şəklində təqdim olunacaq. 

Qeyd edək ki, müqabiqənin seçim turları regionları əhatə etməklə aprelin 9-dan başlayıb.  Yarışma isə mayın 10-dan start götürüb. Müsabiqə həftədə 2 dəfə olmaqla Azərbaycan Televiziyasının canlı efirində 15 həftə ərzində yayımlanıb.

Muğam Televiziya Müsabiqəsi 2005-ci ildən etibarən təşkil olunur. Builki müsabiqədə  azyaşlı iştirakçılar da  iştirak edib. Final gecəsində münsiflər heyətinin məşvərətindən sonra hər iki qrup üzrə qaliblər elan olunacaq. 

Milli.Az