AB-nin ən böyük iqtisadi gücü tənəzzülə uğraya bilər

30 İyul 2022 08:54

Avropanın ən böyük iqtisadiyyatına malik Almaniya ikinci rübdə iqtisadi artımın bir qədər yavaşlaması səbəbindən tənəzzülə uğraya bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, ölkə iqtisadiyyatı ikinci rübdə 7,3% artımla rəsmi olaraq durğunluq nümayiş etdirib. "Credit Suisse" və "Deutsche Bank"ın iqtisadçıları ilin ikinci yarısından ən azı bahara qədər ölkənin ümumi daxili məhsulunun rüblük azalacağını proqnozlaşdırıb.

Milli.Az