Türkiyədə yasda kütləvi zəhərlənmə

30 İyul 2022 07:44

Türkiyədə 54 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Sivasın Hafik rayonunda yas mərasimindən sonra özlərini pis hiss etdikləri üçün tibb müəssisəsinə aparılıb.

Mədə ağrısı, ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya müraciət edən 54 nəfərdən 5-nin vəziyyəti daha ağırdır.

Milli.Az