Ukrayna ordusu Rusiyanın 2 silah anbarını məhv edib

30 İyul 2022 08:30

Ukrayna ordusu 105 Rusiya hərbçisini məhv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Pivden" operativ komandanlığı məlumat verib.

Bildirilib ki, Ukrayna hərbi aviasiyası Rusiya ordusuna məxsus 2 silah anbarını məhv edib. Bundan əlavə, gün ərzində 7 tank, 2 özüyeriyən artilleriya qurğusu, 1 minaatan qurğu, 17 zirehli və avtomobil texnikası məhv edilib.

Milli.Az