Bakıda yaşlı kişini avtomobil vurub

30 İyul 2022 08:58

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qələbə dairəsi kimi tanınan ərazidə baş verib.

1969-cu il təvəllüdlü Adıgözəl Misgərov dairədə yolun piyada üçün müəyyən edilməyən hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Milli.Az