ABŞ Ukraynaya yeni PUA-lar verməyi planlaşdırır

30 İyul 2022 08:48

ABŞ hərbçiləri avqustda Ukraynaya sovet hərbi təyyarələri üçün ehtiyat hissələri və "Phoenix Ghost" PUA-ları verməyi planlaşdırır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli mətbuata Pentaqondan bildirilib.

Bildirilib ki, ABŞ tərəfi sözügedən ehtiyat hissələrini mümkün qədər böyük həcmdə tədarük etməyə çalışır. Gələn ay isə Kiyevə yeni "Phoenix Ghost" PUA-ları tədarük olunacaq.

Milli.Az