Aİ Rusiyadan aldığı qazın həcmini azaldıb

30 İyul 2022 09:00

Ukrayna münaqişəsi başlayandan Avropa İttifaqı (Aİ) Rusiyadan aldığı qazın həcmini yarıbayarı azaldıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Almaniyanın "Deutsche Welle" radiosuna müsahibəsində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel deyib.

"Əgər müharibəyə qədər Aİ-nin enerji daşıyıcılarının 40%-ni Rusiya təmin edirdisə, hazırda bu rəqəm 20%-dir. Avropa ölkələrindən bir gecədə rus qazının alışını dayandırmağı tələb etmək olmaz. Biz möcüzə yarada bilmərik" - deyə komissar bildirib.

Milli.Az