İstanbul boğazında gəmilərin hərəkəti bərpa olunub

30 İyul 2022 07:55

Misirdən Bolqarıstana gedən 134 metrlik "Sparta" gəmisinin Sultan Səlim Yavuz körpüsü yaxınlığında mühərriki sıradan çıxıb. Hadisə yerinə "Kurtarma-12" və "Nazim Tur" gəmiləri göndərilib.

Mühərrikin nasazlığı səbəbindən İstanbul boğazında duran 134 metrlik Sparta gəmisi təhlükəsiz əraziyə çəkilib.

Bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsindən bildiriblər.

Məlumata əsasən, gəmi təhlükəsiz əraziyə çəkildikdən sonra İstanbul boğazında gəmilərin hərəkəti bərpa olunub.

Milli.Az