5 nəfər xilas olunub

30 İyul 2022 07:45

Bu gün batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Astara", "Şüvəlan", "Türkan" sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas olunub.

Milli.Az