Gürcüstanın Bakıdakı səfirliyində bayraq endirilib

30 İyul 2022 07:05

Gürcüstanın Bakıdakı səfirliyinin binasında dövlət bayrağı endirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Gürcüstan hökumətinin qərarına əsasən, iyulun 29-da Qudauridə baş vermiş və insan tələfatı ilə nəticələnən faciə ilə əlaqədar iyulun 30-u bu ölkədə matəm günü elan edilib.

Xatırladaq ki, iyulun 29-da Qudauridə sərhəd polisi helikopteri qəzaya uğrayıb. Hadisə nəticəsində səkkiz nəfər həla olub.

Milli.Az