Əfqanıstanda stadionda partlayış baş verdi

29 İyul 2022 23:05

Əfqanıstanın paytaxtı Kabildə Beynəlxalq Kriket Stadionunda keçirilən oyun zamanı partlayış olub.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, yerli vaxtla saat 16:00 radələrində baş verən partlayışda 4 nəfərin yaralandığı bildirilib.

Polis hələlik 6 min tamaşaçı tutumuna malik stadionda baş verən partlayışla bağlı təfərrüatları açıqlamayıb.

Milli.Az